Türkiyənin "Sivasspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, Super Liqa təmsilçisi "Fatih Karagümrük"dən ayrılan Ahmed Musanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Sivas təmsilçisi nigeriyalı vingerlə 2 illik müqavilə imzalayıb.
Ahmed Musa 2021-ci ilin yayından "Fatih Karagümrük"də çıxış edirdi. 29 yaşlı futbolçu İstanbul klubunun heyətində meydana çıxdığı 37 matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.