Millimiz Maltanı məğlub etdi

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, səfərdə Malta komandası ilə qarşılaşan millimiz 2:0 hesablı qələbə qazanıb. Millinin qollarını 10-cu dəqiqədə Kristina Bakarandze və 60-cı dəqiqədə Diana Məmmədova vurub.

Komandamız seçmə mərhələdə son oyununu sentyabrın 6-da, “Dalğa Arena”da Bosniya və Herseqovina millisinə qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right