"Zirə" - "Qəbələ" oyununun yeri dəyişdirildi

"Zirə" ev oyunlarını keçirdiyi Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün son yoxlamalar zamanı yararsız vəziyyətdə olmasını nəzərə alaraq Misli Premyer Liqasının V turunun “Zirə” – “Qəbələ” oyununun “Dalğa Arena”da keçirilməsi ilə bağlı  Peşəkar Futbol Liqasına müraciət edib.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, rəsmi müraciəti nəzərə alan PFL V turun “Zirə” – “Qəbələ” görüşünün “Dalğa Arena”da keçirilməsinə qərar verib.

Sabah keçiriləcək sözügedən qarşılaşma saat 20:30-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right