Azərbaycan komandası Çempionlar Liqasında 1/4 finala yüksəldi

Minifutbol üzrə Azərbaycan çempionu "Beerbaşa" EMF Çempionlar Liqasında növbəti oyununa çıxıb.

 

Newsport.az-ın məlumatına görə, komanda 1/8 finalda Rumıniya təmsilçisi "Old Boys"la üz-üzə gəlib.

 

Qarşılaşmanın əsas vaxtı qolsuz bərabərliklə yekunlaşıb. Penaltilər seriyasında 2:1 hesablı qələbə qazanan "Beerbaşa" 1/4 finala yüksəlib.

 

1/4 final matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Rəqib hələlik dəqiqləşməyib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right