"Neftçi" "Sumqayıt"a, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi Yenilənib

Azərbaycan Premyer Liqasında 5-ci turun oyunları davam edir.

Newsport.az-ın məlumatına görə, bu gün daha 2 matç keçirilib. "Turan Tovuz" "Şamaxı"nın qonağı olub. Tovuz təmsilçisi görüşdə 1:0 hesabı ilə qalib gəlib.

Günün digər oyununda "Neftçi" "Sumqayıt"ı qəbul edib. Paytaxt təmsilçisi 3:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

3 sentyabr (şənbə)

20:30. “Neftçi” – “Sumqayıt” - 3:0

Qol: Ataa Caber, 19, Emin Mahmudov, 54 pen., Rəhman Hacıyev, 76
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Tural Qurbanov
“Bakcell Arena”

16:00. “Şamaxı” – “Turan Tovuz” - 0:1

Qol: Runi Eva, 84
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Cəmil Quliyev, Elvin Bayramov
Şamaxı şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right