“Neftçi” Skopinyo Kubokunu qələbə ilə başa vurdu

“Neftçi” PFK-nın U-17 komandası İtaliyanın paytaxtı Romada təşkil olunan Skopinyo Kubokunda ikinci oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, baş məşqçi Rəşad Hüseynovun yetirmələri “Lodiciani” klubunu 1:0 hesabı ilə məğlub edib.

Qələbə qoluna Murad Məmmədov imza atıb.Bununla da ilk matçda “Roma”ya 0:1 hesabı ilə uduzan “Neftçi” C qrupunda 2-ci yeri tutub.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right