Misli Premyer Liqasının 5-ci turu çərçivəsində "Kəpəz" "Qarabağ"ı qəbul edəcək.
Newsport.az Gəncə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda "Qarabağ"la oyuna itkilərlə çıxacaq. Ötən tur "Səbail" ilə qarşılaşmada qırmızı vərəqə alan Tural Axundov və Rauf Əliyev cəzalı duruma düşüb.
Zədəlilərdən Peyman Keşavarzinin durumu yaxşıdır.
Onun oynayıb-oynamayacağı ilə bağlı qərarı məşqçilər verəcək.
Zədədən yeni dönən Yeqor Xvalko isə həftəboyu fərdi hazırlıq keçib.