"Qarabağ" "Kəpəz"ə qalib gəlib lider oldu Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında 5-ci tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə bir görüş keçirilib. "Kəpəz" Qəbələdə "Qarabağ"ı qəbul edib. Oyun Ağdam klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə ilə xallarını 12-ə çatdıran "Qarabağ" liderliyə yüksəlib. 

Qeyd edək ki, turun digər oyunları sentyabrın 3-4-də keçiriləcək.

1 sentyabr (cümə axşamı)

19:00. “Kəpəz” – “Qarabağ” - 0:1

Qol: Abdullah Zubir, 44

Qırmızı vərəqə: Tural Rzayev, 50, birbaşa qırmızı vərəqə ("Kəpəz"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elşad Abdullayev, Fərid Hacıyev
Qəbələ şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right