"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Olimpiakos" heyətinə yeni futbolçu qatıb.
Newsport.az klubun saytına istinadən xəbər verir ki, Yunanıstan təmsilçisi son klubu "Verona" olan Panayotis Retsosu transfer edib. Lakin 24 yaşlı müdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Panayotis "Olimpiakos"un yetirməsidir. O, karyerası ərzində "Şeffild Yunayted", "Sent-Etyen", "Bayer" (Leverkuzen) kimi komandalarda da oynayıb.