"Qarabağ"ın rəqibi futbolçusunu "Roma"ya göndərdi

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Olimpiakos"da ayrılıq gerçəkləşib.

 

Newsport.az xəbər verir ki, Yunanıstan klubu Medi Kamaranı icarəyə verib. Qvineyalı dayaq yarımmüdafiəçisi 2022/2023 mövsümünü icarə əsasında "Roma"da keçirəcək.

 

Pirey təmsilçisi 1 mövsümlük icarəyə görə 1,2 milyon avro gəlir əldə edəcək. İtaliya klubu 2023-cü ilin yaında 25 yaşlı futbolçunu birdəfəlik transfer etmək hüququna sahibdir.

 

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk matçını oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right