Nazir: "Qarabağ"ın azarkeşləri yenə sevindirəcəyinə inanıram"

"Qarabağ"ın qrup mərhələsində də azarkeşləri sevindirəcəyinə inanıram".

Newsport.az-ın məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov son bir aydakı nailiyyətlər barədə öz qeydində yazıb.

"Futbolumuzu qitə səviyyəsində layiqincə təmsil edən "Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlməklə bizi yenidən sevindirdi. Komandaya uğurlar arzulayıram" - deyə, o bildirib.

Qeyd edək ki, "Qarabağ" G qrupunda Almaniyanın "Frayburq", Yunanıstanın "Olimpiakos" və Fransanın "Nant" klubları ilə mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right