"Qarabağ"ın rəqibi Avropa Liqası üçün formasını təqdim edib

UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan Fransanın "Nant" klubu qitəmiqyaslı turnir üçün geyim formasını təqdim edib.

Newsport.az-in məlumatına görə, "Macron" firmasının hazırladığı geyim qara rəngdədir. Formanın qollarında Avropa Liqasının loqosu yer alıb.

18 ildən sonra qitə miqyasına Fransa Kubokunun sahibi kimi qayıdan "Nant" G qrupunda ilk oyununu sentyabrın 8-də evdə Yunanıstan "Olimpiakos"una qarşı keçirəcək. Sentyabrın 15-də Fransa təmsilçisi Bakıda "Qarabağ"ın qonağı olacaq.

Oktyabrın 6-da Almaniyada "Frayburq"la səfər, oktyabrın 13-də isə ev oyunu nəzərdə tutulub. Oktyabrın 27-də "Qarabağ"ı qəbul edəcək "Nant" qrup mərhələsinə noyabrın 3-də "Olimpiakos"a qarşı səfər matçı ilə yekun vuracaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right