Yığmamız Ukraynaya uduzdu

Çimərlik Futbolu üzrə Azərbaycan milli komandasının Dünya Çimərlik Oyunlarının (ANOC World Beach Games) Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, İtaliyanın Katanya şəhərində keçirilmiş Ukrayna – Azərbaycan qarşılaşması 5:4 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.

Millinin qollarını Orxan Məmmədov, Kamil Hüseynov, Ramil Əliyev və Amid Nəzərov vurub.

Qeyd edək ki, digər qruplarda qeydə alınacaq nəticələrdən asılı olaraq, Azərbaycan yığması növbəti mərhələyə vəsiqə qazanıb-qazanmayacağı müəyyənləşəcək.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right