“Beşiktaş” rəsmisi “Qarabağ”ı ziyarət etdi

Bakıda səfərdə olan türkiyəli mütəxəssis Önder Karaveli “Qarabağ”ı və Ağdam klubunun akademiyasını ziyarət edib. Newsport.az xəbər verir ki, klubun bazasına gələn mütəxəssis komandanın baş məşqçisi Qurban Qurbanov ilə görüşüb və ona növbəti oyunlarda uğurlar arzu edib. Qurban Qurbanov ziyarətə görə Önder Karaveliyə təşəkkür edib.
 
Bir zamanlar “Qarabağ”ın akademiyasında koordinator işləmiş mütəxəssis hazırda Türkiyənin “Beşiktaş” klubunda futbol inkişaf direktoru (Futbol gelişim direktörü) olaraq çalışır.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right