Vadjidən transferi ilə bağlı ilk açıqlama

“Qarabağ”dan ayrılaraq Fransanın 2-ci liqa təmsilçisi “Sent-Etyen”ə keçən İbrahima Vadji bu transferlə bağlı ilk açıqlamanı verib.

Newsport.az xəbər verir ki, yeni klubunun saytına danışan seneqallı futbolçu deyib: “Mən Fransaya qayıtdığıma, xüsusən “Sent-Etyen” kimi kluba qoşulduğuma görə şadam. Ümumi məqsədimizə nail olmaq üçün əlimdən gələni edəcəyəm. Mən artıq özümü yaxşı hiss edirəm və “Sent-Etyen”in formasını geyinməyə hazıram”.

Qeyd edək ki, Vadji “Sent-Etyen”lə 3 illik müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right