"Qarabağ"dan ayrılan hücumçunun Fransa klubunda debüt tarixi açıqlanıb

"Qarabağ"dan Fransa "Sent Etyen"inə keçən İbrahima Vadjinin yeni komandasında debüt edəcəyi vaxt müəyyənləşib.

Newsport.az "L Equipe" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı hücumçu sentyabrın 5-də Liqa 2-də VII turun "Pau" ilə səfər oyununda meydana çıxacaq.

Qeyd edək ki, seneqallı forvard bu gün və ya avqustun 30-da "Sent Etyen"də tibbi müayinədən keçəcək. Bu səbəbdən, İbrahima Vadji sabah "Bastiya" ilə VI turun ev oyununda iştirak edə bilməyəcək.

Fransa təmsilçisi Vadjinin keçidi üçün "köhlən atlar"a 1 milyon avrodan çox vəsait ödəyəcək. Hücumçu "Qarabağ"a 2021-ci ilin avqustunda transfer olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right