Elmar Baxşıyev: “İki fərqli hissə izlədik”

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 4-cü turunun "Sabah"la matçından sonra mətbuat konfransında iştirak edib. 

Newsport.az-ın məlumatına görə, o, görüşlə bağlı qısa danışıb:

"İki fərqli hissə izlədik. Birinci hissədə üstünlük bizdə idi. Qol epizodları yaratdıq. Amma onları dəyərləndirməkdə çətinlik çəkdik. Ümumi götürəndə komandamın oyun dinamikası xoşuma gəldi. Daha çox hücumda oynamağa çalışırdıq. Məğlub olduq. Düzgün analizlər edərək qarşıdakı turlarda daha da yaxşı olmağa çalışacağıq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right