Premyer Liqanın sponsoru məlum oldu

2015/2016-cı illər mövsümü Topaz Premyer Liqası adlandırılacaq.

Newsport.az-ın xəbərinə görə, bu haqda Peşəkar Futbol Liqasının saytı məlumat yayıb.

Bildirilir ki, Topaz və PFL rəhbərliyi arasında aparılan danışıqlar müsbət nəticələnib və müqavilənin müddəti daha 1 il artırılıb.

Qeyd edək ki, "Topaz" 3  mövsümdür ki, Premyer Liqanın sponsorudur.   

Xatırladaq ki, bir neçə gün əvvəl PFL prezidenti Ramin Musayev "Topaz"ın Azərbaycan Premyer Liqasına sponsorluqdan imtina etdiyini bildirmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right