Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Sürix” – “Qarabağ” matçının ilk yarısında zədələnərək sıradan çıxan və sonradan əməliyyat edilən Kevin Medina artıq bərpa prosesini geridə qoyub.
Newsport.az-ın məlumatına görə, kolumbiyalı futbolçu artıq fərdi məşqlərə də start verib. Şəxsi məşqçi ilə hazırlaşan Medinanın nə zaman Bakıya qayıdacağı hələ ki, dəqiq deyil.
Medina dünən Portuqaliya 3-cü turunun “Sportinq” – “Çaveş”(0:2) matçını stadiondan canlı izləyib. O, “Çaveş”in qələbəsi ilə başa çatan görüşdən sonra sabiq komanda yoldaşları – Joao Korreyra və Kevin Lenini ilə xatirə fotosu da çəkdirib.
29 yaşlı futbolçu "Qarabağ"dan əvvəl 2019/2020 mövsümündə "Çaveş" forması geyinib.
