"Qarabağ"ın forvardı Fransa klubuna keçir

"Qarabağ"ın forvardı İbrahima Vadji Fransada oynaya bilər.

Newsport.az-ın məlumatına görə, seneqallı hücumçu "Sent-Etyen"in maraq dairəsindədi.

"Lequipe" nəşrinin məlumatına görə, Vadji növbəti həftə Fransaya yollanaraq yeni klubu ilə müqavilə imzalayacaq.

Məlumata görə, Fransa klubu transferə görə "Qarabağ"a 1 milyon avro ödəyəcək.

Hazırda "Sent-Etyen" Fransa Liqa 2-də çıxış edir. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right