“Qarabağ”dan Şahruddinə növbəti dəstək Foto

Azərbaycan Premyer Liqasının 4-cü turunda "Şamaxı" ilə oyun öncəsi "Qarabağ" qapıçısı Şahruddin Məhəmməliyevə dəstək nümayiş etdirib.

Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisi bugünkü oyunun (saat 20:30) posterinə məhz qolkiperin şəklini qoyub.

Xatırladaq ki, Ş.Məhəmməliyev Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya" ilə cavab oyununda (1:2) etdiyi səhvlərə görə tənqid olunub.

Qeyd edək ki, daha əvvəl “Qarabağ”ın direktoru Emrah Çelikel və baş məşqçi Qurban Qurbanov da Şahruddinə dəstəklərini ifadə ediblər.


 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right