Azərbaycan Premyer Liqasında 4-cü turun oyunları davam edir.
Newsport.az-ın məlumatına görə, 2-ci oyun günündə 2 matç keçirilib. Əvvəlcə "Kəpəz" "Səbail"in qonağı olub və 1:4 hesabı ilə uduzub. Günün digər görüşündə son çempion "Qarabağ" "Şamaxı"nı qəbul edib və 4:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, ilk oyun günündə dünən "Zirə" "Neftçi"yə uduzub (1:2), "Sumqayıt" "Turan Tovuz"la heç-heçə (0:0) edib. Turun son 1 matçı isə sabah keçiriləcək.
27 avqust (şənbə)
20:30. “Qarabağ” – “Şamaxı” - 4:0
Qol: Ovusu Kvabena, 36, Leandro Andrade, 55, Ramil Şeydayev, 64, 74
Hakimlər: Nicat İsmayıllı, Cavanşir Yusifov, Eyyub İbrahimov, Cavid Cəlilov
“Azersun Arena”
18:00. “Səbail” – “Kəpəz” - 4:1
Qollar: Əfran İsmayılov, 11 (0:1), Qoba Zabka, 51 (1:1), Franko Mazurek, 55 (2:1), Ağabala Ramazanov, 74 (3:1), 90+4 (4:1)
Qırmızı vərəqələr: Rauf Əliyev, 70-birbaşa qırmızı vərəqə ("Kəpəz"), Tural Axundov, 90+3-iki sarı vərəqə ("Kəpəz"
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Namiq Bəkirov
“ASCO Arena”