"Olimpiakos"un baş məşqçisi: "Qrupda birinci yeri tutmaq istəyirik"

"Məqsədimiz növbəti mərhələyə vəsiqə qazanmaqdır. Komanda ötən mövsüm ikinci yeri tutmaqla buna nail olub. Bu il qrupda lider olmaq və yaxşı futbol oynamaq istəyirik".

Newsport.az-ın məlumatına görə, bunu "Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan "Olimpiakos"unun baş məşqçisi Karlos Korberan deyib.

39 yaşlı mütəxəssis Avropa Liqasındakı istənilən komandanın layiqli rəqib olduğunu bildirib: "Olimpiakos" böyük ambisiyaları olan klubdur. Vaxtımız azdır. Komandanın bəzi mövqelərini gücləndirməyə çalışacağıq".

Qeyd edək ki, G qrupunda Fransanın "Nant" və Almaniyanın "Frayburq" komandaları da yer alıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right