AFFA "Sabah"a 2400, "Zirə" və "Kəpəz"ə 1600 manatlıq cərimə kəsdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Newsport.az xəbər verir ki, iclasda aşağıdakı cəzalar qeydə alınıb:

13.08.2022-ci il tarixində Misli Premyer Liqasının II turunun “Sumqayıt” – “Qarabağ” oyununda “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39).

13.08.2022-ci il tarixində Misli Premyer Liqasının II turunun “Səbail” – “Turan Tovuz” oyununda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur (maddə 49.2).

20.08.2022-ci il tarixində Misli Premyer Liqasının III turunun “Sabah” – “Neftçi” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39).

20.08.2022-ci il tarixində Misli Premyer Liqasının III turunun “Sabah” – “Neftçi” oyununda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur (maddə 49.2).

21.08.2022-ci il tarixində Misli Premyer Liqasının III turunun “Zirə” – “Sumqayıt” oyununda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur (maddə 49.2).

21.08.2022-ci il tarixində Misli Premyer Liqasının III turunun “Zirə” – “Sumqayıt” oyununda “Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov hakimlərin işinə nümayişkaranə şəkildə müdaxilə etdiyi üçün xəbərdarlıq edilir.

​21.08.2022-ci il tarixində Misli Premyer Liqasının III turunun “Kəpəz” – “Qəbələ” oyununda meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur (maddə 49.2).





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right