Azərbaycan milli komandasının keçmiş futbolçusu Ruslan Qurbanov sosial şəbəkə hesabında paylaşım edib.
Newsport.az-ın məlumatına görə, 31 yaşlı hücumçu "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevə dəstəyini bildirib. Bununla yanaşı, Qurbanov Şahruddini tənqid edənləri təhqir edib:
“Dünən Şah-Şah qışqırırdınız. Bu gün çaqqal kimi hücum edirsiniz. Şah milli və kluba nə qədər xeyir verib, bunu tez yaddan çıxarırsınız. Maskanızı çıxarın, biz sizi çoxdan tanıyırıq”.
