Azərbaycan yığmasının rəqibi yoldaşlıq oyunu keçirəcək

Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı rəqiblərindən olan Qazaxıstan seçməsi yoldaşlıq oyunu keçirəcək.

Newsport.az yerli mətbuata istinadən xəbər verir ki, Məhəmməd Adıyevin baş məşqçi olduğu komanda noyabrın 20-də Əbu-Dabidə Birləşmiş Ərəb Əmirlikləri millisi ilə üz-üzə gələcək.

Komanda bundan əvvəl Millətlər Liqasında sentyabrın 22-də Belarusu qəbul edəcək, 3 gün sonra isə Azərbaycan millisinin qonağı olacaq.

Qeyd edək ki, Qazaxıstan yığması 10 xalla C Liqasının 3-cü qrupunda liderdir. 4 xala malik Azərbaycan komandası 3-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right