19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Bosniya və Herseqovinadakı təlim-məşq toplanışını çərçivəsində bu ölkənin müvafiq yaş qrupundan ibarət yığması ilə növbəti yoldaşlıq oyununu keçirib.
Newsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Millimizin qollarını 3-cü dəqiqədə Nəriman Axundzadə və 73-cü dəqiqədə Qurban Səfərov vurub.
Qeyd edək ki, oyunun 69-cu dəqiqədəsində Nuğay Rəşidovun qırmızı vərəqə alıb. Bu komandalar arasında iki gün əvvəl keçirilmiş ilk qarşılaşma 1:0 hesabı ilə rəqibin xeyrinə nəticələnmişdi.