Azərbaycan millisinin oyununu italiyalı və fransalı hakimlər idarə edəcəkvə Fransa

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsi çərçivəsində Malta və Bosniya və Herseqovina millisinə qarşı keçirəcək oyunları idarə edəcək hakimlər müəyyənləşib.

Newsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 2-də Ta`Qali şəhərindəki Mərkəzi stadionda keçiriləcək Malta – Azərbaycan oyununu İtaliyadan, sentyabrın 6-da “Dalğa Arena”da təşkil olunacaq Azərbaycan – Bosniya və Herseqovina qarşılaşmasını isə Fransadan olan hakimlər briqadası idarə edəcək:

Malta – Azərbaycan

2 sentyabr. Ta`Qali. Mərkəzi stadion. Saat 21:30
Baş hakim: Silvia Gasperotti
Baş hakimin köməkçiləri: Veronica Martinelli, Veronica Vettorel
Dördüncü hakim: Anna Frazza
(Hakimlər briqadası İtaliyadandır)

Azərbaycan – Bosniya və Herseqovina

6 sentyabr. “Dalğa Arena”. Saat 20:00
Baş hakim: Maika Vanderstichel
Baş hakimin köməkçiləri: Solenne Bartnik, Clothilde Brassard
​Dördüncü hakim: Savina Elbour
(Hakimlər briqadası Fransadandır)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right