Bu gün birinci divizionda ilk turun qalan oyunları keçiriləcək.
Newsport.az xəbər verir ki, “Mingəçevir” “Neftçi-2”ni qəbul edəcək.
Ötən mövsümün çempionu “Qaradağ Lökbatan” isə “Səbail-2”ni sınağa çəkəcək. “Qəbələ-2” isə evdə “İmişli” ilə üz-üzə gələcək.
16:30 “Mingəçevir” – “Neftçi-2”
16:30 “Qaradağ Lökbatan” – “Səbail-2”
16:30 “Qəbələ-2” – “İmişli”
“Sumqayıt-2” bu turu buraxmalı olacaq.
Dünən isə aşağıdakı nəticələr qeydə alınıb:
“Araz Naxçıvan” – “Qarabağ-2” 5:1
Qollar: Ege Atlam Adnan 23, Fərid Kərimzadə 40, Tuqay Əlizadə 45 +3, De Saboa İv Lüsyen 71, 85 -Mirmövsüm Caniyev 71
“Zirə-2” – “Kəpəz-2” 2:2
Qollar: Tahir Zeynalov 19, Xəqani Sadıqov 37 – Nemət Musayev 23, Nihat Fərəci 62
“Turan Tovuz-2” – “Şamaxı-2” 1:0
Qol: Akif Tağıyev 16
MOİK – “Zaqatala” 2:0
Qollar: Samir Alıyev 45+1, Tural Nəsirov 90 (p)