Azərbaycan bayrağı “Dinamo”nun paltardəyişmə otağında

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Dinamo” (Zaqreb) Çempionlar Liqasının qrupuna vəsiqəni təmin edib. Xorvatiya təmsilçisi pley-offda “Bodo Qlimt” (Norveç) üzərində 4:1 hesablı qələbə qazanıb (ilk oyun 0:1).

Newsport.az xəbər verir ki, matçdan sonra Mahir Emreli də daxil olmaqla “Dinamo”lu futbolçular qələbəni bayram ediblər. Emreli bununla bağlı videonu özünün sosial şəbəkə hesabında paylaşıb.

Paltardəyişmə otağında bir neçə ölkə ilə yanaşı Azərbaycanın bayrağının asılması diqqət çəkib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right