"Qarabağ"ın hansı səbətdə yer alacağı dəqiqləşdi

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin püşkatmasında 2-ci səbətdə yer alacaq.

Newsport.az xəbər verir ki, "Trabzonspor" və "Bodo Qlimt" klubları Çempionlar Liqasındakı iştirakını dayandırdığına görə "Qarabağ" üçüncü yox, ikinci səbətdə yer alıb.

Belə ki, UEFA reytinqində Ağdam klubu hər iki komandanı qabaqlayır. 

Avropa Liqasında qrup mərhələsinin püşkatması sabah keçiriləcək. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right