Millimizin forvardı Mahir Emrelinin formasını geyindiyi “Dinamo” Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşünə çıxıb.
Newsport.az xəbər verir ki, Emrelinin komandası “Bodo Qlimit”lə üz-üzə gəlib. Zaqreb təmsilçisi rəqibinə 4:1 hesabı ilə qalib gələrək qrup mərhələsinə vəsiqə qazanıb.
Emreli 60-cı dəqiqədə meydana çıxıb.
"Dinamo" - "Bodo Qlimt" 4:1 (əlavə vaxt)
Qollar: Orsiç 4, Petkoviç 35, Drmiç 116, Boçkay 119 - Qronbayek 90+2