Azərbaycan millisi İran yığmasına ikinci oyunda da uduzdu

İranın Yazd şəhərində təlim-məşq toplanışını davam etdirən çimərlik futbolu üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində İran yığması ilə növbəti yoxlama oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, qarşılaşma rəqib komandanın 5:3 hesablı qələbəsilə başa çatıb.

Millimizin qollarını Amid Nəzərov, Ramil Əliyev və Tural Qürbətov vurub.

Komandamız bu rəqiblə ötən gün baş tutan ilk oyundan da 2:3 hesablı məğlubiyyətlə ayrılmışdı.

Bu komandalar arasında sonuncu oyun avqustun 25-də olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right