“Qarabağ”la fəxr edirik!” – Prezidentin köməkçisi

“Komandamızla həmişə fəxr edirik! Uğurlar, “Qarabağ!”

Newsport.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “tvitter” hesabında yazıb.

“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununu keçirib. Azərbaycan çempionu Çexiyada “Viktoriya” (Plzen) komandasının qonağı olub. Görüş Ağdam klubunun 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Bakıdakı qolsuz heç-heçədən sonra cavab görüşündə “Viktoriya”ya uduzan “Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırıb. Ağdam təmsilçisi yoluna Avropa Liqasının qrup mərhələsində davam edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right