Orxan Məmmədov: "Böyük Hocaya və əsl vətənsevər igidlərə eşq olsun!"

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri, "Zirə"nin fəxri prezidenti və  Müşahidə Şurasının sədri Orxan Məmmədov "Qarabağ"ın Çempionlar Liqasında "Viktoriya" ilə oyunu haqda paylaşım edib. 

Newsport.az-ın məlumatına görə, o, Ağdam klubu barədə bunları yazıb:

"Son nəfəsinə gədər və bütün gücünü meydanda qoyaraq mübarizə aparan “Qarabağ”a eşq olsun! Bizlərə yenidən Avropa Liqası həyəcanını yaşadacağına görə bu böyük kluba – "Qarabağ"a təşəkkür edirik! Böyük Hocaya və əsl vətənsevər igidlərə eşq olsun!".

Xatırladaq ki, "Qarabağ" səfərdə rəqibinə 1:2 uduzaraq ÇL-dəki çıxışını başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right