"Turan Tovuz"a keçidi alınmayan futbolçu Belçika klubunda

"Qarabağ"ın keçmiş futbolçusu Faysal Rerras karyerasını Belçikada davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, mərakeşli mərkəz müdafiəçisi aşağı liqa təmsilçisi URSL-ə keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Faysal Rerras bir müddət öncə "Turan Tovuz"un düşərgəsində baxışda olsa da, Tovuz klubu məşqdə zədə alan oyunçudan imtina edib.

Qeyd edək ki, təcrübəli futbolçu 2019/2020 mövsümündə "Qarabağ"da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right