Çimərlik futbolu üzrə Azərbaycan millisinin İranın Yazd şəhərində təlim-məşq toplanışı başlayıb.
Newsport.az AFFA-ya istinadən xəbər verir ki, avqustun 26-dək davam edəcək hazırlıq prosesində milli üç yoldaşlıq oyunu keçirəcək. Milli komanda biri bu gün olmaqla 24 və 25 avqust tarixlərində İran yığması ilə daha iki yoldaşlıq oyununda üz-üzə gələcək.
Toplanışda iştirak edən futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov, Rafiq Kərimov
Oyunçular: Comərd Baxşəliyev, Elşad Manafov, Amid Nəzərov, Orxan Məmmədov, Fuad Hüseynov, Emin Mehdiyev, Kamil Hüseynov, Bayram Paşazadə, İsa Zeynalli, Hüseyn Axundov, Sabir Allahquliyev, Tural Qurbatov, Ramil Əliyev