“Qəbələ”nin dörd futbolçusu komandanın məşq prosesində iştirak etmir.
Newsport.az-ın məlumatına görə, əyalət klubunun rəsmi saytı məlumat yayıb.
Üç oyunçu proqram üzrə bərpa prosesini davam etdirir. Bu futbolçular Ürfan Abbasov, Gülağa Əsədov və Yaovi Akakpodur. Digər zədəli futbolçu isə 6 aylıq sıradan çıxan Rüfət Əhmədovdur.