Maksim Medvedev "Viktoriya"ya qarşı oynayacaq?

"Qarabağ"ın kapitanı Maksim Medvedev Çempionlar Liqasının pley-off mərhələsinin "Viktoriya" (Plzen) ilə cavab oyununu da buraxacaq.

Newsport.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Qurban Qurbanov Çexiya səfəri zamanı hava limanında jurnalistlərə açıqlamasında deyib.

O, Medvedevin hələ ki, fərdi hazırlıq keçdiyini və kollektivlə məşq etmədiyini deyib.

Xatırladaq ki, Medvedev ÇL-in 2-ci təsnifat mərhələsinin cavab oyununda zədələnib. Buna görə də o, "Ferentsvaroş"la 3-cü mərhələnin matçlarını və "Viktoriya" ilə ilk görüşü buraxıb.

Qeyd edək ki, avqustun 23-də keçiriləcək "Viktoriya" - "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq. Bakıdakı ilk görüşdə hesab açılmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right