"Qalatasaray"ın "Qarabağ"ın sol cinah müdafiəçisi Toral Bayramovu transfer etmək istəməsi ilə bağlı xəbər vermişdik.
Newsport.az-ın məlumatına görə, klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Sportal.az-a verdiyi açıqlamada Toral Bayramov üçün rəsmi təklif gəlmədiyini deyib:
"Klubumuza Toral Bayramovla bağlı rəsmi təklif olmayıb. Biz də mətbuatdan oxumuşuq. Rəsmi təklif olmayan təqdirdə nəsə danışmaq yersizdir. Hazırda "Viktoriya" ilə cavab oyununu düşünürük".