"Kəpəz" Rusiyadan futbolçu gətirdi

"Kəpəz" daha bir futbolçu ilə müqavilə imzalayıb.

Newsport.az saytına verilən məlumata görə, Gəncə təmsilçisi "Zvezda"dan ayrılan Rinat Hüseynovla müqavilə imzalayıb.

"Amkar" yetirməsi olan müdafiəçinin ölkə çempionatında hələ ki, legioner kimi oynayacağı gözlənilir.

Onun "Kəpəz"in məşqlərində iştirak etməsi barədə bir neçə gün əvvəl xəbər vermişdik. Futbolçu "Şamaxı"ya keçməyə yaxın olsa da, bölgə klubu onun legioner statusunda oynamasını istəməmişdi. Buna görə də keçid baş tutmamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right