“Sumqayıt” Serbiya klubunun hücumçusu ilə gücləndi

“Sumqayıt” heyətinə yeni futbolçu cəlb edib.

Newsport.az-ın məlumatına görə, sözügedən klub Serbiya təmsilçisi “Çukariçki”ninin hücumçusu Almir Aganspahiçi icarəyə götürüb.

Bu barədə Serbiya klubunun rəsmi saytı məlumat yayıb. Bosniya və Herseqovinadan olan hücumçu mövsümün sonuna qədər “Sumqayıt”da çıxış edəcək. Lakin “Çukariçki” ehtiyac duysa, futbolçunu qış fasiləsində də geri qaytarmaq hüququna malik olduğunu açıqlayıb.

Aganspahiç ötən mövsümün ikinci yarısında “Novi Pazar”dan “Çukariçki”yə gəlib. O, bu komandanın heyətində 14 oyun keçirib. Sarayevoda doğulan Almir “Sarayevo”, “Osiyek”, “Raufoş”, “Mladost”, “Krupa” və “Çelik” klublarında da çıxış edib.

“Sumqayıt”ın da bu transferi tezliklə açıqlaması gözlənilir.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah