"Kəpəz" "Neftçala"ya qalib gəldi

Həftəsonu startı veriləcək çempionata  hazırlaşan “Kəpəz” avqustun 3-də yoxlama oyunu keçirib.

Newsport.az-ın məlumatına görə, Gəncə klubu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda I divizionun son qalibi “Neftçala” ilə üz-üzə gəlib. 

Görüş "Kəpəz"in 2:0 hesablı  qələbəsi ilə başa çatıb. İlk yarıda Azad Kərimov fərqlənib. İkinci hissədə yeni transfer - ukraynalı hücumçu Oleksandr Sytnik dəqiq zərbə ilə diqqət çəkib. 

“Neftçala”ya qarşı oyun "Kəpəz"in mövsüm öncəsi son hazırlıq matçı olub. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right