"Neftçi"nin futbolçusu əməliyyat olundu 3 ay oynamayacaq

"Neftçi"nin futbolçusu Azər Salahlı 5-ci sağ ayaqdarağı sümüyünün qırığı diaqnozu ilə bu gün əməliyyat olunub.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, cərrahi əməliyyat uğurla həyata keçirilib.

28 yaşlı müdafiəçi təxminən 3 ay ərzində meydandan kənarda qalacaq.

Xatırladaq ki, UEFA Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində avqustun 11-də keçirilmiş “Rapid” – “Neftçi” matçının ilk hissəsində zədələnmişdi. Onun sağ ayağında sınıq tapılmış və əməliyyat olunması ilə bağlı qərar verilmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right