Azərbaycan U-23 millisi Türkiyənin Konya şəhərindəki 5-ci İslam Həmrəyliyi Oyunlarında sonuncu matçını keçirib.
Newsport.az-ın məlumatına görə, yığma üçüncü yer uğrunda görüşdə Əlcəzair seçməsi ilə üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtı qolsuz bərabərliklə bitdiyi üçün penaltilər seriyasına ehtiyac duyulub.
Azərbaycan yığması 4:3 hesablı qələbə qazanıb və bürünc medala yiyələnib.