Yunis Hüseynovdan transfer qadağasına münasibət

FİFA tərəfindən qoyulan transfer qadağası "Xəzər Lənkəran"ın uğurlu çıxışına mane olmayacaq.

Newsport.az-ın məlumatına görəbu barədə komandanın baş məşqçisi Yunis Hüseynov bildirib.

50 yaşlı mütəxəssis transfer qadağasına baxmayaraq, çempionatda uğurla çıxış etməyə çalışacaqlarını bildirib: "Belə qərar verilibsə, nə edə bilərik? Təbii ki, əlimizdəki futbolçularla çempionata başlayaraq, ilk 3 turda uğurlu nəticə əldə etməyə çalışacağıq".

Y.Hüseynov yeni transfer L’imam Seydinin bu gün Azərbaycana gələcəyini də deyib. 29 yaşlı fransalı hücumçu ilk olaraq Lənkərana səfər edəcək və komandanın düşərgəsinə qoşulacaq. Daha sonra L.Seydi müqavilə imzalamaq üçün Bakıya gələcək və 2 illik müqavilə imzalanacaq. Amma bu və digər yeni transferlər yalnız avqustun 31-dən sonra rəsmi oyunlarda meydana çıxa biləcəklər.

Report

Qeyd edək ki, İdman Arbitraj Məhkəməsi (CAS) "Xəzər Lənkəran"a qoyduğu transfer qadağasını qüvvədə saxlayıb. Qərara əsasən, qadağa avqustun 31-dək davam edəcək. Bu müddətdə "ağ-yaşıllar" Azərbaycan Premyer Liqasının "İnter" və "Rəvan"la ev, "Sumqayıt"la səfər matçlarında yeni transferlərinin xidmətindən yararlana bilməyəcək. "Xəzər Lənkəran" 2011-ci ilin yayında transfer olunmuş və heç bir oyunda forma geyinmədən komandadan göndərilmiş bosniya və herseqovinalı futbolçu Veldin Muharemoviçin şikayətindən sonra transfer qadağasına məruz qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right