“Kəpəz” azarkeşlərindən maraqlı pankart Foto

“Kəpəz” azarkeşləri “Neftçi”yə qarşı Azərbaycan Premyer Liqasının 2-ci tur oyununda maraqlı pankart açıblar.

Newsport.az-ın məlumatına görə, azarkeşlər komanda ev oyunlarını Gəncə şəhər stadionunda keçirə bilmədikləri üçün narazılıq ediblər.

Pankartda “Oğul, sözlərimə yaxşı qulaq as, stadionsuz klub liqada olmaz” yazılıb. Onlar bununla Nizami Gəncəvinin “Oğlum Məhəmmədə nəsihət” şeirinə nəzirə ediblər.

Gəncə şəhər stadionunda oyunların keçirilməsinə icazə verilmədiyi üçün “Kəpəz” ilk turda “Zirə”ni “Dalğa Arena”da qəbul edib. Komanda növbəti ev matçlarını Qəbələ şəhər stadionunda keçirəcək.


 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right