Yaşar Vahabzadə: "Azarkeşlərin istefa qışqırdığını eşidirdim"

"Bizim üçün ağır oyun olacağını gözləyirdik. Qolları buraxmayan qədər komanda pis görünmürdü. Amma səhvlər etdik və qollar buraxdıq. Həmin qollardan sonra toparlanmaq çətin iid. Müəyyən dəyişilklik etdik, istədik ki, dönüş yaradaq. Hücumda nəsə alındı, müdafiədə səhvlər var idi. Ona görə bugünkü oyunda uduzduq.

Newsport.az-ın məlumatına görə, bu sözləri Premyer Liqanın 2-ci turunun "Neftçi" - "Kəpəz" matçından sonra qonaq komandanın baş məşqçisi Yaşar Vahabzadə mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

- “Kəpəz” “Neftçi”yə qarşı nə oyunu  oynayırdı?
- Oyunumuzu müdafiədən qurmuşduq. Əks-hücumda nəsə etmək istəyirdik. Bilirdik ki, “Neftçi” topla yaxşı rəftar edir. Onlarla açıq futbol oynamaq çətin olacaqdı.

- Azarkeşlər sizi istefaya səsləyirdi. Bu barədə fikriniz necədi?
- Bəli, onların istefa qışqırdığını eşidirdim. Əlbəttə ki, qulaqlarım yaxşı eşidir. Buna münasibətim normaldı.

- Komandada psixoloji gərginlik var idi, yoxsa təzyiqə dözə bilmədiz?
- Buraxılan qollar psixoloji gərginlik yaratdı. Standart vəziyyətdən qol buraxdıq. Uşaqlara toparlanmalı olduqlarını nə qədər desək də, alınmadı.

- Abdullahi Şuaybunu start heyətində meydana buraxmaq olmazdı?
- “Zirə” ilə matçda bugünkü start heyətilə oynamışdıq. Hesab edirdik ki, normal oynamışıq və ona görə dəyişiklik etmək istəmədik. 




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah