Elmar Baxşıyev: "Bu, komandanın maksimumu deyil"

"Bizi ağır oyunun gözlədiyini bilirdik. "Şamaxı" cavan və perspektivli futbolçulardan ibarət kollektivdi. İlk hissəyə yaxşı başladıq, hücumlarımızın ardını gətirib qollar vurduq. İkinci hissə daha çox hesabı qorumağa çalışdıq. Nəticə də rahat oynamağımıza imkan verirdi. Komandanın oyuna yanaşmasından razıyam. İnanıram ki, qarşıdakı turlarda daha məzmunlu oyun və daha da yaxşı komanda görəcəyik.

Newsport.az-ın məlumatına görə, Misli Premyer Liqasının ikinci turunun "Qəbələ" - "Şamaxı" matçından sonra ev sahiblərinin baş məşqçisi Elmar Baxşıyev mətbuat konfransında danışıb. 

Bölgə klubunun çalışdırıcısı jurnalisltərin suallarını da cavablandırıb.

- Oyunun ağır keçdiyini söylədiniz. Amma 20 dəqiqədən sonra üç qol vurmağı bacarmışdınız...
- Komandam ilk hissədə əlindən gələnin ən yaxşısını etməyə çalışdı ki, oyunu ələ alsın. Bu, komandanın maksimumu deyil. İnanıram ki, daha yaxşı olacaq.

- Məqsəd İsayevlə Ruan Renato arasında hansısa hansı problem var?
- Futbol emosiyalarla dolu oyundu. Sizi inandırım ki, dediyiniz futbolçular komandanın ən mehribanlarıdı. Sizi məşqə də dəvət edə bilərəm. Sadəcə olaraq, matç zamanı hərəsi öz emosiyasını göstərir. Bu barədə sıxıntımız yoxdu.

- Edilən əvəzetmələrdən sonra sanki oyun planı pozuldu. Sizcə, bu həyəcan siqnalı deyilki?
- Siz fərqli baxırsız, mən fərqli. Oyuna sonradan daxil olan futbolçuların hamısı əsas heyət üzvlərimizdi. Omar Hanni, Ramon Maçdo, Ülvi İsgəndərov da əsas heyət oyunçusudu. Ola bilər ki, oyuna daxil ola bilməsinlər. Amma biz onlara güvənirik, hər birini əsas heyət üzvü kimi görürük.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right