"Şamaxı"nın baş məşqçisi: "Hazırda hesab bizim üçün o qədər də önəmli deyil"

"Bizi tək buraxmadıqlarına görə azarkeşlərimizə təşəkkür edirəm. Uzaq yol qət edib Qəbələyə gəldilər. Azərbaycan futbolunda özünəməxsus yeri olan "Qəbələ"yə qarşı oynadıq. Onların oturuşmuş kollektivi,  bizim isə gənc heyətimiz var. Bunu hər dəfə qeyd edirəm. Sadəcə olaraq, bizə vaxt lazımdı. İkinci yarıda istədiyimizə hardasa nail ola bildik. Yolumuzu davam etdirəcəyik".

Newsport.az-ın məlumatına görə, bu sözləri Misli Premyer Liqasının ikinci turunun "Qəbələ" - "Şamaxı" matçından sonra qonaq komandanın baş məşqçisi Vüqar Əsgərli deyib.

Gənc mütəxəssis komandanın hədəflərindən də söz açıb: "Hədəfimiz hamıya bəllidi. Rəhbərliyin qarşımıza qoyduğu məqsəd odur ki, gənc futbolçuların oynamasına şərait yaradıb, onları inkişaf etdirək. Hazırda hesab bizim üçün o qədər də önəmli deyil. Buna baxmayaraq, məğlubiyyətin acısını çəkirik. Ani diqqətsizlikdən sonra "Qəbələ" ilk 20 dəqiqədə üç qol vurdu. Bu komandada zəngin təcrübəyə malik yerli və legioner futbolçular var. Onlar da şanslardan istifadə etdilər.

- Əkpər Vəliyevin durumu nə yerdədi?
- Hələ ki, yaxşıdı. Ola bilər ki, bu gün onu Bakıya yola saldıq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right